VOA
Fotosərgi F3.7 fotoqraflar icmasının "Nur Art House"la birgə əməkdaşlığı ilə təşkil edilib. Sərgidə fotoqraflar Çiçək Bayramlı, Emin Mathers və Leyla Musayevanın işləri təqdim olunur. Bu ekspozisiyada fotoqraflar köhnə və tanış olan sadə elementlərə yeni nöqtəyi-nəzərdən baxışlarını bölüşürlər və bunda gözəllik tapmağı öyrədirlər.